100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası açıq tender elan edir

09 October 2024    1467 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikintisi işləri”nin satınalınması üzrə açıq tender elan edilir.

 

TENDER ELANI

 

I.Tender predmetinin adı: “Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikintisi işləri”nin satınalınması

 

İşlərin aparılması nəzərdə tutulan ünvan və obyekt: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında (əvvəlki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu məhəllədə) yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 335s nömrəli Sərəncamı ilə tikintisi başa çatdırılmamış əmlak kompleksindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış inzibati bina.

 

Tender iştirakçılarına (podratçılara) təklif edilir ki, əgər bu tender elanında və tender elanının şərtlər toplusunda sadalanmış şərtlərə uyğundursa, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat qapalı zərflərdə yazılı surətdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100) təqdim etsinlər. Müqavilənin icrasını təmin etmək üçün podratçılar (təchizatçılar) lazımi maliyyə, işçi qüvvəsinə və texniki imkanlara malik olmalıdırlar.

 

 II.Satınalma (tender) üzrə maliyyə mənbəyi

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu hüquqi şəxsdir. Satınalma Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəsaiti hesabına həyata keçiriləcəkdir.

 

III.İştirak haqqı və onun ödənilməsi

Tenderdə iştirak etmək istəyən təchizatçılar (podratçılar) iştirak haqqını tam məbləğdə aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanından ala bilərlər. 

 

İştirak haqqının məbləği 2000 (iki min) manatdır.

İştirak haqqı heç bir halda təchizatçıya (podratçıya) geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri aşağıdakı kimidir:

Satınalan təşkilat: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti

Hesab:AZ56IBAZ38090019449331108204

Təşkilatın VOEN-i:1400546811

Hüquqi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 32

Faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100

Bank: “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Mərkəzi filialı

Kod:805722

Bankın VOEN-i: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T BİK: IBAZAZ2X

 

IV.Təqdim olunmalı sənədlər barədə

 

Təchizatçılar (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

 

1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət (müraciətdə təchizatçının (podratçının) tam adı, hüquqi statusu, hüquqi və faktiki ünvanı, qeydiyyata alındığı ölkə barədə məlumatlar qeyd olunmalı, habelə müraciət səlahiyyətli şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir);

 

2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (sənədin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

 

3) Təchizatçının (podratçının) rekvizitləri (sənədin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

 

4) Təchizatçının (podratçının) vergi orqanında qeydiyyata alınmasına dair və təsisçilərinin adları əks olunan dövlət reyestrindən çıxarışının, habelə nizamnaməsinin (hüquqi şəxslər üçün); əgər təsisçi direktor deyilsə, direktorun təyin edilməsi barədə əmrin və əmək müqaviləsinin və vergi uçotunda olduğunu təsdiq edən sənədin (VÖEN-nin) surəti (bütün sənədlər notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq edilməlidir, əmrin surətinin notarial qaydada təsdiqinə zərurət yoxdur);

 

5) Təchizatçının (podratçının) tikinti işlərinin (hazırkı tenderin predmetinə uyğun gələn işlərin) həyata keçirilməsinə dair malik olduğu lisenziya və ya icazə sənədlərinin notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmuş surətləri;

 

6) Təchizatçı (podratçı) barəsində son bir il ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);

 

7) Son bir il ərzində iki dəfə və ya daha çox Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi halının mövcud olmaması barədə Arayış (Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən alınmalıdır);

 

8) Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakdan (avadanlıqlardan) sərbəst və məhduddiyyətsiz istifadə etmək imkanının olması barədə Arayış (Arayışda əmlakın (avadanlıqların) siyahısı göstərilməli, Arayış təhcizatçı tərəfindən tərtib edilməli, möhürlənməli və imzalanmalıdır);

 

9) Təchizatçının (podratçının) borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsinə dair Arayış və Təchizatçı (podratçı) qismində çıxış edən hüquqi şəxsin icra orqanının rəhbərinn müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsinə dair Arayış (Arayışlar Ədliyyə Nazirliyinin müvafiq olaraq İcra Xidmətindən və Probasiya Xidmətindən əldə olunmalıdır);

 

10) Təchizatçı (podratçı) barəsində “elektron icra sistemində” icrası tələb olunan icra sənədinin olmaması barədə məktub (məktub Ədliyyə Nazirliyinin müvafiq icra və (və ya) probasiya şöbəsindən alınmalıdır);

 

11) Təchizatçının (podratçının) vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilin-yetirilməməsi hallarının mövcud olmaması barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);

 

12) Təchizatçının (podratçının) nizamnamə kapitalının girovda olmaması, üzərinə həbs qoyulmaması və digər qaydada yüklü olmaması, müflis elan edilməməsi, ləğvetmə prosesində olmaması, həmçinin barəsində məhkəmənin yekun qərarı ilə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi ilə bağlı kommerisa hüquqi şəxslərin dövlət reyestrində hər hansı məlumatın olmaması barədə Arayış (Arayış və ya məktub müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);

 

13) Təchizatçının (podratçının) öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Arayışlar (Yüklülüyün olmaması barədə arayış (məktub) müvafiq vergi orqanından cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalı, digər arayış (məktub) isə Ədliyyə Nazirliyinin müvafiq icra və probasiya şöbəsindən cari tarix (tender elanından sonrakı tarix) üçün alınmalı və notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır);

 

14) Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində direktorun, təsisçilərin və işçilərinin peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə cari tarixə (tender elanından sonrakı tarixə) Arayış (Təchizatçı direktor, təsisçilər və ən azı 30 işçi ilə bağlı Arayışları Daxili İşlər Nazirliyinin müvafiq qurumundan və ya ASAN Xidmət Mərkəzlərindən əldə edə bilər, həmin Arayışların əsli Vəkillər Kollegiyasına təqdim edilməlidir);

 

15) Təchizatçının (podratçının) müvafiq sahibkarlıq subyekti olması barədə sənəd (iddiaçı bu barədə məktubu cari tarixə (2024-cü ildə alınan) Dövlət Statistika Komitəsindən almalı və məktubun əslini, əsli olmadıqda notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq edilmiş surətini təqdim etməlidir);

 

16) Təchizatçının (podratçının) son bir il ərzindəki (01.10.2023-cü il tarixdən 01.10.2024-cü il tarixədək olan dövr üzrə) maliyyə vəziyyəti haqqında bank çıxarışı (üzərinə bankın ştampı və ya möhürü vurulmuş bank çıxarışı, bank çıxarışı çoxsəhifəli olduqda isə onun hər bir səhifəsinin üzərinə bankın ştampı və ya möhürü vurulmalıdır);

 

17) Təchizatçının (podratçının) 2023-cü il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatlarının (bəyannamələrinin) surətləri (bəyannamələrin surəti notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq olunmalıdır); 

  

18) Təchizatçının (podratçının) vəkillik sahəsi və hüquq-mühafizə sahəsi üzrə ayrıca inzibati binaların tikintisində kifayət qədər (hər bir sahə üzrə ən azı 5, ümumilikdə 10 inzibati bina üzrə) təcrübəyə malik olmasını təsdiq edən sənədlərin  surəti (iddiaçı sübut üçün ayrı-ayrı təşkilatlarla bağladığı satınalma müqavilələrinin surətini təqdim etməlidir, digər tərəflərin kommersiya sirrinin qorunması məqsədilə həmin müqavilələrdə qiymət hissələri çıxarıla (göstərilməyə)bilər);
 

19) Təchizatçının (podratçının) ümumilikdə ən azı 10 il staja malik olması;

 

20) Təchizatçının (podratçının) işçi qüvvəsinə malik olması barədə sənədlər, habelə təchizatçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin və texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə məlumatlar (ən azı 30 işçi barədə əmək müqavilələrinin surəti və təchizatçı tərəfindən həmin işçi qüvvəsi ilə bağlı  tərtib olunmuş arayış(lar) təqdim olunmalıdır);
 

21) Tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər (tender təklifi, tender təklifinin təminatı ilə əlaqədar bank qarantiyası). 

 

Sənədlər Azərbaycan dilində 1 nüsxədə qapalı və möhürlənmiş zərfdə təqdim edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və həmin tərcümə notarial qaydada, bu tender elanından sonrakı tarixdə təsdiq edilməlidir).  

 

V.Tender təchizatçının (podratçının) və onun hər hansı işçi qüvvəsinin Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://hms.gov.az/) axtarış bölməsi vasitəsilə aşkar olunan “sanksiya tətbiq olunmalı şəxslər” sırasında, habelə  təchizatçının (podratçının) hər hansı işçisinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” hissəsində (Oğurluq, Dələduzluq, Mənimsəmə və ya israf etmə, Soyğunçuluq, Quldurluq, Hədə-qorxu ilə tələb etmə, Xüsusi dəyəri olan əşyaları talama, Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, Əmlakı qəsdən məhv etmə və ya zədələmə, Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə, Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) müəyyən edilmiş, həmçinin Cinayət Məcəlləsinin 213-cü (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə müəyyən edilmiş cinayətlərə görə məhkumluğunun olmaması.

Təchizatçı (podratçı) bu barədə müvafiq Arayış tərtib etməklə, imzalamalı və möhürləməlidir.
 

Tender təchizatçının (podratçının) və ya onun işçi qüvvəsindən hər hansı şəxsin yuxarıda qeyd olunan “sanksiya tətbiq olunmalı şəxslər” sırasında olması və ya yuxarıda göstərilən cinayətlər üzrə məhkumluğu aşkar edildikdə, həmin tender iştirakçısı (təchizatçı) dərhal tenderdən kənarlaşdırılacaqdır.

  

VI.Sənədlərin təqdim edilməsi prosedurları və zərflərin açılması

  

Təchizatçılar (podratçılar)  tərəfindən sənədlər ikiqat qapalı, möhürlənmiş və imzalanmış zərfdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim olunmalıdır. Yazılı müraciətlər və digər müşayiət məktubları qapalı zərflərə daxil edilmir və həmin müraciətlər (müşayiət məktubları təchizatçılar (podratçılar) tərəfindən qapalı zərfin üzərinə tikilir. Əks təqdirdə, satınalan təşkilat bununla bağlı məsuliyyət daşımır.

 

Təchizatçılar (podratçılar) bu Tender elanının IV hissəsinin 1-20-ci bəndlərində göstərilən bütün sənədləri 29.10.2024-cü il saat 18:00-a qədər, bu Tender elanın IV hissəsinin 21-ci bəndində göstərilən sənədləri isə 07.11.2024-cü il saat 12:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatına təqdim etməlidirlər.

 

Yuxarıda göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 

Təchizatçıların (podratçıların) təklifləri 07.11.2024-cü il saat 15:00 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında yerləşən Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatında Vəkillər Kollegiyasının Satınalma Komissiyası tərəfindən açılacaqdır.

 

Zərflərin açılışı zamanı təchizatçıların (podratçıların) səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Əlaqələndirici şəxs: Cəmilə Səfərli, 

Telefon: 012-594-14-95, E-mail: jamila.safarli@barassociation.az 


Vəkillər Kollegiyasının Satınalma Komissiyası