Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər daha 4 cəzaçəkmə müəssisəsində pulsuz hüquqi yardım göstərib

29 oktyabr 2024    291 share share

Vəkillər Kollegiyası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum və həbs edilmiş şəxslərə hüquqi yardım göstərilməsi davam etdirilir.

Belə ki, oktyabrın 25-də 7, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 131 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.

Aksiyada “Kredo”, “Mərkəz”, “Kiçikbəyov və Partnyorları” və 17 saylı Vəkil bürolarının vəkilləri tərəfindən onlara qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.