Vəkillər Kollegiyası ilə Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına
uyğun olaraq azadlıqdan məhrum və həbs edilmiş şəxslərə hüquqi yardım göstərilməsi
davam etdirilir.
Belə ki, oktyabrın 25-də 7, 10, 11 və 16
saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 131 nəfər məhkum yaradılmış bu
imkandan istifadə edib.
Aksiyada “Kredo”, “Mərkəz”, “Kiçikbəyov və
Partnyorları” və 17 saylı Vəkil bürolarının vəkilləri tərəfindən onlara
qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi
istiqamətində sualları cavablandırılıb.
Xatırladaq ki, Tədbirlər Planına uyğun
olaraq penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi
davam etdiriləcək.