Cari il noyabr ayının 2-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada sonuncu təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb.
Qeyd olunub ki, avqust-oktyabr ayları
aralığında müxtəlif ixtisaslaşmış təlimçilər tərəfindən təşkil edilmiş hibrid
formalı “Elektron order” təlimləri Kollegiyanın peşəkar hüquqi yardımın həyata
keçirilməsində informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etmə
sahəsində növbəti uğurudur.
Təlimdə Vəkillər Kollegiyasının üzvü,
“Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri
Nihad Əliyev elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki
məsələləri, o cümlədən sahə üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.
Təlimçi müvafiq sahə üzrə öz təcrübəsini iştirakçılarla bölüşərək, onları
maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb.
Sonuncu hibrid formalı təlimdə büro müdirləri - Xalidə İsayeva, Cianşa Ömərov, Kamil Yunusov və Arslan Mikayılov da daxil olmaqla 17 vəkil əyani, 105 vəkil (ümumilikdə 122 vəkil) isə distant qaydada iştirak edib.