100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Elektron order” layihəsi üzrə təlimlər başa çatıb

04 November 2024    258 share share

Cari il noyabr ayının 2-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada sonuncu təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb.

Qeyd olunub ki, avqust-oktyabr ayları aralığında müxtəlif ixtisaslaşmış təlimçilər tərəfindən təşkil edilmiş hibrid formalı “Elektron order” təlimləri Kollegiyanın peşəkar hüquqi yardımın həyata keçirilməsində informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etmə sahəsində növbəti uğurudur.

Təlimdə Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələləri, o cümlədən sahə üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb. Təlimçi müvafiq sahə üzrə öz təcrübəsini iştirakçılarla bölüşərək, onları maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb.

Sonuncu hibrid formalı təlimdə büro müdirləri - Xalidə İsayeva, Cianşa Ömərov, Kamil Yunusov və Arslan Mikayılov da daxil olmaqla 17 vəkil əyani, 105 vəkil (ümumilikdə 122 vəkil) isə distant qaydada iştirak edib.