Cari il noyabrın 2-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vergi cinayətlərində müdafiə üsulunun seçilməsi və vəkilliyin xüsusiyyətləri” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları
Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlimin işinə müvəffəqiyyətlər
arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun müdiri Elxan
Süleymanlı vergi cinayətlərinin xarakteristikası, qeyd olunan mövzuda seçilmiş
müdafiə üsulu, o cümlədən Azərbaycan Respublikasının Vergi qanunvericiliyinin
müvafiq maddələri, məsuliyyət və digər praktiki məsələlər barədə çıxış edib.
Təlimçi mövzu üzrə mövcud məhkəmə
praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif
kazuslar səsləndirib.
Sonda vəkilləri maraqlandıran çoxsaylı
suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub da daxil olmaqla 64 vəkil distant 15 vəkil (ümumilikdə 79 vəkil) əyani iştirak edib.