Noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillərə "Vəkillər tərəfindən uşaq hüquqlarının müdafiəsi məsələləri" mövzusunda ixtisasartırma təlimi keçirilib.
Distant qaydada təşkil edilən təlimdə
Vəkillər Kollegiyasının üzvü, UNİCEF-in eksperti Rafiq Alışov təlimçi qismində
çıxış edib.
İxtisasartırma təlimində “Uşaq Hüquqları
haqqında” Konvensiyadan irəli gələn müddəalar, uşaqyönümlü ədalət mühakiməsində
beynəlxalq standartların tətbiqinin əhəmiyyəti, yuvenal ədliyyə sisteminin
yaradılması məqsədi və əhəmiyyəti, uşaqyönümlü hüquqi yardımın rəhbər
prinsipləri, məhkəmələrdə və digər hüquq-mühafizə orqanlarında uşaqyönümlü
müdafiənin təşkili qaydaları və qeyd edilən məsələlərlə bağlı vəkillərin
üzərinə düşən vəzifələr ətrafında müzakirələr aparılıb və təqdimatlar edilib.
Sonda təlimçi iştirakçıların suallarını cavablandırıb
və müvafiq fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 28 üzvü iştirak edib.