100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Vəkillər tərəfindən uşaq hüquqlarının müdafiəsi məsələləri” mövzusunda ixtisasartırma təlimi keçirilib

07 November 2024    413 share share

Noyabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillərə "Vəkillər tərəfindən uşaq hüquqlarının müdafiəsi məsələləri" mövzusunda ixtisasartırma təlimi keçirilib.

Distant qaydada təşkil edilən təlimdə Vəkillər Kollegiyasının üzvü, UNİCEF-in eksperti Rafiq Alışov təlimçi qismində çıxış edib.

İxtisasartırma təlimində “Uşaq Hüquqları haqqında” Konvensiyadan irəli gələn müddəalar, uşaqyönümlü ədalət mühakiməsində beynəlxalq standartların tətbiqinin əhəmiyyəti, yuvenal ədliyyə sisteminin yaradılması məqsədi və əhəmiyyəti, uşaqyönümlü hüquqi yardımın rəhbər prinsipləri, məhkəmələrdə və digər hüquq-mühafizə orqanlarında uşaqyönümlü müdafiənin təşkili qaydaları və qeyd edilən məsələlərlə bağlı vəkillərin üzərinə düşən vəzifələr ətrafında müzakirələr aparılıb və təqdimatlar edilib.

Sonda təlimçi iştirakçıların suallarını cavablandırıb və müvafiq fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 28 üzvü iştirak edib.