Cari il noyabr ayının 18-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatında məhkəmə qərarlarının icrası” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və onlara uğurlar
arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati məhkəmə icraatında məhkəmə
qərarlarının icrası prosesinin xarakteristikası, o cümlədən qanunvericilikdəki
mövcud mexanizmlər və prosedurlar, qərarın həyata keçirilməsini təmin etmək
üçün əsaslı hüquqi baza barədə geniş məlumat verib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş
təhlillər aparılıb və müxtəlif praktik hallar iştirakçılarla birgə müzakirə
olunub.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 68 üzvü iştirak edib.