Cari il noyabr ayının 18-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İnzibati məhkəmə icraatında məhkəmə qərarlarının icrası” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və onlara uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati məhkəmə icraatında məhkəmə qərarlarının icrası prosesinin xarakteristikası, o cümlədən qanunvericilikdəki mövcud mexanizmlər və prosedurlar, qərarın həyata keçirilməsini təmin etmək üçün əsaslı hüquqi baza barədə geniş məlumat verib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və müxtəlif praktik hallar iştirakçılarla birgə müzakirə olunub.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 68 üzvü iştirak edib.