Məlum olduğu kimi, 30.03.2023-cü il tarixində Amerika Hüquq Məktəbi (SAL proqramı) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında anlaşma memorandumu imzalanıb. Əldə olunmuş razılığa və müstəsna güzəştlərə uyğun olaraq, qəbul zamanı ARVK üzvlərinə üstünlük verilir, habelə ARVK üzvləri SAL proqramı təhsili üçün əlavə 10% endirim tətbiq edilir.
Qeyd edək ki:
̶ SAL proqramı 2 semestr üçün nəzərdə
tutulmuşdur və Çikaqo-Kent Hüquq Kollecində magistr dərəcəsi üçün 10 kredit
qazandırır;
̶ 2 semestrlik proqramı bitirdikdən sonra
məzunlar 3 il ərzində Çikaqo-Kent Hüquq Kollecinə müraciət edərək hüquq üzrə
magistr (LLM) təhsillərini orada davam etdirirlər;
̶ SAL proqramının dərsləri onlayn qaydada
və ya Bakı / Tbilisidə mövcud auditoriyalarda tədris oluna bilər (ayda bir dəfə
həftə sonlarında keçirilməsi planlaşdırılır);
̶ TOEFL / IELTS tələb olunmur.
Yeni semestr üçün aşağıdakı tarixlər və
güzəştlər müəyyən olunmuşdur:
̶ Son müraciət tarixi: 1 dekabr 2024
̶ ARVK üzvləri üçün təhsil haqqı 6 850 ABŞ
dolları əvəzinə 6 165 ABŞ dolları təşkil edir.
Daha sonra Çikaqo-Kent Hüquq Kollecində
təqdim olunan güzəştlər belədir:
̶ SAL məzunları təhsilini başa vurduqdan
sonra LLM diplomunu bir tədris ili əvəzinə bir semestrdə qazana və 43 860 ABŞ
dolları əvəzinə, sabit 10 000 ABŞ dolları ödəyə bilər;
̶ Ortalaması (GPA) 4-dən yuxarı olan SAL məzunlarına tam 100%
təhsil təqaüdü verilir;
̶ SAL məzunları IELTS/TOEFL imtahanlarından
azad edilir;
̶ LL.M semestri SAL-dan dərhal sonra və ya
SAL-ı bitirdikdən üç tədris ili sonra da istənilən semestrdə davam etdirilə
bilər;
̶ Çikaqo-Kentin daxili innovativ hüquq
klinikaları vasitəsilə praktiki təcrübə;
̶ Çikaqo hüquq icması, ən yaxşı özəl hüquq
firmaları, korporasiyalar və müxtəlif vəkil qurumları ilə birbaşa əlaqələr və
təcrübə fürsətləri;
̶ Çikaqo-Kentdə iki semestr keçirən
tələbələr ABŞ-da “OPT”-yə daxil ola bilərlər (12 aylıq təhsildən sonrakı iş
icazəsi);
̶ Çikaqo-Kentdə iki semestrdən sonra
məzunlar ABŞ-da vəkillik imtahanı verə bilərlər.
Müraciət edənlərin seçim meyarları:
̶ Hüquq üzrə bakalavr dərəcəsi;
̶ İngilis dilində yaxşı səviyyədə yazılı və
şifahi ünsiyyət qurma bacarığı (TOEFL / IELTS tələb olunmur);
̶ Müsahibədə uğurlu iştirak.
Tələb olunan sənədlər:
̶ İngilis dilində tərtib olunmuş tərcümeyi
hal - CV (tövsiyə edən şəxsin adı və əlaqə məlumatları qeyd olunmaqla);
̶ İngilis dilinə tərcümə edilmiş və
notarial qaydada təsdiq olunmuş diplomun və diploma əlavənin surətləri;
̶ Xarici pasportun və ya şəxsiyyət
vəsiqəsinin surəti;
̶ Vəkil vəsiqəsinin surəti.
Müraciət etmək istəyənlər tələb olunan
sənədləri elektron (skan edilmiş) formatda saladmissions@kentlaw.iit.edu və
admission@chicagokentlaw.ge elektron poçt ünvanlarına yönləndirilməli və ya
onlayn qayda müraciət linki (SAL Application.) vasitəsilə qeydiyyatdan keçməlidir.
Əlavə olaraq, ARVK elektron poçt ünvanına
(office@barassociation.az) məktub ünvanlayaraq müraciət barədə məlumat
verməyiniz xahiş olunur. ARVK müraciət
edənlər tərəfindən məktubu aldıqdan sonra rəsmi qaydada SAL proqramının
təsisçilərinə müvafiq məlumatı yönləndirəcək və müraciət edən vəkillər üçün
təhsil haqqına güzəştlər tətbiq olunacaq.