Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin birgə Tədbirlər Planına uyğun olaraq ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində ARVK-nın qadınlardan ibrət futbol komandası ilə qadın məhkumlardan ibarət komanda arasında mini-futbol üzrə oyun keçirilib.
Yarışın təşkil
olunmasında məqsəd ölkədə mini-futbolun inkişafına dəstək göstərmək, hüquq
ictimaiyyətinin bu idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait
yaradaraq qiymətləndirilməsindən ibarətdir.
Gərgin
mübarizə şəraitində baş tutan görüşdə qadın vəkillər rəqibini 4:0 hesabı ilə məğlub
edib.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq daha əvvəl hər iki qurum əməkdaşları arasında şahmat üzrə dostluq matçı təşkil edilib, eyni zamanda, penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalar keçirilir.