100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Qadın vəkillər ilə qadın məhkumlar arasında futbol oyunu keçirilib

23 November 2024    475 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin birgə Tədbirlər Planına uyğun olaraq ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində ARVK-nın qadınlardan ibrət futbol komandası ilə qadın məhkumlardan ibarət komanda arasında mini-futbol üzrə oyun keçirilib.

Yarışın təşkil olunmasında məqsəd ölkədə mini-futbolun inkişafına dəstək göstərmək, hüquq ictimaiyyətinin bu idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaradaraq qiymətləndirilməsindən ibarətdir.

Gərgin mübarizə şəraitində baş tutan görüşdə qadın vəkillər rəqibini 4:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq daha əvvəl hər iki qurum əməkdaşları arasında şahmat üzrə dostluq matçı təşkil edilib, eyni zamanda, penitensiar müəssisələrdə pulsuz hüquqi yardım aksiyalar keçirilir.