Cari il dekabr ayının 14-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əmlak mübahisələri üzrə praktiki məsələlər” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığını qeyd edib. Həmçinin yeni sayı dərc edilən “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalının növbəti sayı iştirakçılara təqdim olunub, jurnalın
elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun müdiri, BDU Hüquq fakültəsinin
müəllimi Polad Mehdiyev əmlak və mülkiyyət hüququ, əmlak mübahisələri,
sözügedən məsələlərin məhkəmə yolu ilə həlli və digər praktiki məsələlər barədə
çıxış edib.
Təlimçi mövzu üzrə mövcud məhkəmə
praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif
kazuslar səsləndirilib.
Təlim interaktiv formada davam edib və sonda
vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 37 vəkil distant, 8 vəkil əyani qaydada olmaqla, ümumilikdə 45 vəkil iştirak edib.