100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Əmlak mübahisələri üzrə praktiki məsələlər” mövzusunda təlim keçirilib

16 December 2024    125 share share

Cari il dekabr ayının 14-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əmlak mübahisələri üzrə praktiki məsələlər” mövzusunda hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib. Həmçinin yeni sayı dərc edilən “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun müdiri, BDU Hüquq fakültəsinin müəllimi Polad Mehdiyev əmlak və mülkiyyət hüququ, əmlak mübahisələri, sözügedən məsələlərin məhkəmə yolu ilə həlli və digər praktiki məsələlər barədə çıxış edib.

Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif kazuslar səsləndirilib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 37 vəkil distant, 8 vəkil əyani qaydada olmaqla, ümumilikdə 45 vəkil iştirak edib.