Cari il yanvarın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Abşeron rayonunda fəaliyyət göstərən vəkillər üçün birgünlük təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayaraq bildirib ki,
“Uşaqyönümlü hüquqi yardım” mövzusunda ölkənin müxtəlif regionlarında keçirilən
silsilə təlimlər uğurla davam edir.
Həmçinin iştirakçılara “Azərbaycan vəkili”
elmi-praktik hüquq jurnalı təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti
onların diqqətinə çatdırılıb.
Təlimçi qismində çıxış edən UNİCEF-in
eksperti, Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov uşaqyönümlü ədalət
mühakiməsi sahəsində beynəlxalq standartlar, uşaqyönümlü hüquqi yardımın əsas
və rəhbər prinsipləri, ibtidai istintaqda uşaqyönümlü müdafiə, həmçinin məhkəmə
orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti barədə çıxış
edib.
Sonda təlimçi iştirakçıların suallarını
cavablandırıb və sahə üzrə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə Kollegiyanın 19 üzvü iştirak edib.