Cari il yanvarın 18-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Biznes hüququ sahəsində ümumqəbul edilmiş anlayışlar və onların hüquq praktikasında tətbiqi” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun
aktuallığı, yeniliyi ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü Bəhruz Orucov biznes hüququ sahəsində müxtəlif ümumqəbul
edilmiş anlayışlar - bank zəmanəti, subroqasiya, hüquqi və maliyyə kontekstində
istifadə olunan müqavilələr, öhdəliklərin yerinə yetirilməməsi və digər
beynəlxalq anlayışların hüquq praktikasında tətbiqi barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş
təhlillər aparılıb, praktikada olan müxtəlif məsələlər müzakirə olunub.
Sonda vəkilləri maraqlandıran çoxsaylı
suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 59 üzvü iştirak edib.