100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə biznes hüququ sahəsi ilə bağlı təlim keçirilib

21 January 2025    155 share share

Cari il yanvarın 18-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Biznes hüququ sahəsində ümumqəbul edilmiş anlayışlar və onların hüquq praktikasında tətbiqi” mövzusunda distant qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı, yeniliyi ilə bağlı xüsusi məqamlara toxunub.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov biznes hüququ sahəsində müxtəlif ümumqəbul edilmiş anlayışlar - bank zəmanəti, subroqasiya, hüquqi və maliyyə kontekstində istifadə olunan müqavilələr, öhdəliklərin yerinə yetirilməməsi və digər beynəlxalq anlayışların hüquq praktikasında tətbiqi barədə ətraflı çıxış edib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada olan müxtəlif məsələlər müzakirə olunub.

Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 59 üzvü iştirak edib.