Cari il fevralın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda vəkillər üçün birgünlük təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən ARVK Rəyasət
Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev
iştirakçıları salamlayıb və “Uşaqyönümlü hüquqi yardım” mövzusunda keçirilən
təlimlərin vəkillər üçün praktiki əhəmiyyətindən danışıb.
Sonra təlimçi qismində Kollegiyanın üzvü,
UNİCEF-in eksperti Rafiq Alışov uşaqyönümlü ədalət mühakiməsi sahəsində
beynəlxalq standartlar, uşaqyönümlü hüquqi yardımın prinsipləri, həmçinin
məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti və
digər praktik məsələlər barədə ətraflı çıxış edib.
Yekunda iştirakçıların sualları
cavablandırılıb və sahə üzrə geniş fikir mübadiləsi aparılıb.
Təlimdə ARVK-nın ümumilikdə 22 üzvü iştirak edib.