Cari il fevralın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda vəkillər üçün birgünlük təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən ARVK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev iştirakçıları salamlayıb və “Uşaqyönümlü hüquqi yardım” mövzusunda keçirilən təlimlərin vəkillər üçün praktiki əhəmiyyətindən danışıb.
Sonra təlimçi qismində Kollegiyanın üzvü, UNİCEF-in eksperti Rafiq Alışov uşaqyönümlü ədalət mühakiməsi sahəsində beynəlxalq standartlar, uşaqyönümlü hüquqi yardımın prinsipləri, həmçinin məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti və digər praktik məsələlər barədə ətraflı çıxış edib.
Yekunda iştirakçıların sualları cavablandırılıb və sahə üzrə geniş fikir mübadiləsi aparılıb.
Təlimdə ARVK-nın ümumilikdə 22 üzvü iştirak edib.