Cari il mart ayının 1-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun
vəkillərin fəaliyyətindəki praktiki əhəmiyyətindən danışıb.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati məhkəmə icraatında müxtəlif
prinsiplər, praktikada rast gəlinən hallar, o cümlədən diskresion səlahiyyətlərin
həyata keçirilməsi qaydası, prosedur təminatlar və digər aktual məsələlər barədə
ətraflı məlumat verib.
Təlimçi tərəfindən
müvafiq sahədə geniş təhlillər aparılıb və mövzu üzrə mövcud məhkəmə
praktikasındakı işlər, müxtəlif kazuslar müzakirə edilib.
Sonda vəkillərin müvafiq
sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təşkil olunmuş distant təlimdə Vəkillər Kollegiyasının 102 üzvü iştirak edib.