100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusunda təlim təşkil edilib

05 March 2025    377 share share

Cari il mart ayının 1-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusunda distant qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun vəkillərin fəaliyyətindəki praktiki əhəmiyyətindən danışıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati məhkəmə icraatında müxtəlif prinsiplər, praktikada rast gəlinən hallar, o cümlədən diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası, prosedur təminatlar və digər aktual məsələlər barədə ətraflı məlumat verib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və mövzu üzrə mövcud məhkəmə praktikasındakı işlər, müxtəlif kazuslar müzakirə edilib.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təşkil olunmuş distant təlimdə Vəkillər Kollegiyasının 102 üzvü iştirak edib.