Cari il aprelin 19-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vergi mübahisələri" mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun vəkillərin
fəaliyyətində praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyasının üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi
və vergi meneceri Könül Bədəlova vergi mübahisələrinin növləri, vergi
yoxlamaları, operativ vergi nəzarəti, ümidsiz borcların silinməsi üzrə vergi
mübahisələri və digər əlaqəli məsələlər, mövzu üzrə məhkəmə təcrübəsi barədə ətraflı
çıxış edib.
Təlim interaktiv
formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 66 üzvü iştirak edib.