Cari il aprelin 19-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vergi mübahisələri" mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun vəkillərin fəaliyyətində praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Acon Tax & Accounting” şirkətinin həmtəsisçisi və vergi meneceri Könül Bədəlova vergi mübahisələrinin növləri, vergi yoxlamaları, operativ vergi nəzarəti, ümidsiz borcların silinməsi üzrə vergi mübahisələri və digər əlaqəli məsələlər, mövzu üzrə məhkəmə təcrübəsi barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 66 üzvü iştirak edib.