Azərbaycanda dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin
məbləği artırılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və
ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara dəyişiklik
edib.
Dəyişikliyə əsasən, hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən
haqq hər iş saatı üçün 6 manatdan 11 manata artırılıb.
Xatırladaq ki, sonuncu dəfə bu məbləğin miqdarı 2018-ci ildə 2 manatdan 6 manata artırılmışdı.