100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarı artırılıb - QƏRAR

29 April 2025    555 share share

Azərbaycanda dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləği artırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, hüquqi yardımın göstərilməsinə görə vəkillərə ödənilən haqq hər iş saatı üçün 6 manatdan 11 manata artırılıb.

Xatırladaq ki, sonuncu dəfə bu məbləğin miqdarı 2018-ci ildə 2 manatdan 6 manata artırılmışdı.