Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib.
12 iyun tarixində “Fərdi məlumatların, kommersiya sirrinin mühafizəsi və
hüquqi tənzimlənməsi “GDPR” qaydaları” mövzusunda distant qaydada təşkil edimiş
təlimdə Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.
Təlimdə fərdi məlumatlar, onlardan istifadə və buna görə məsuliyyət, kommersiya məlumatlarının
yayılması, GDPR qaydaları, kommersiya sirrinin sərhədləri, vəkil sirri
kommersiya sirrinin qorunması kimi, Avropa İttifaqında tətbiq olunan fərdi məlumatlarla
bağlı prinsiplər və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr
aparılıb.
13 iyun tarixində “Arbitraj haqqında ümumi məlumat, Milli qanunvericilik
və Beynəlxalq təcrübə” mövzusunda distant qaydada təşkil edimiş təlimdə Vəkillər
Kollegiyasının üzvləri Fuad Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində
çıxış edib.
Təlimdə arbitraj anlayışı, mübahisələrin həlli üçün konsensual vasitə,
mühakimə prosedurlarının istifadəsi, arbitrajın üstünlükləri, arbitraj qərarlarının
icra oluna bilməsi, arbitraj prosesinin mənbələri, “Arbitraj haqqında Qanun”
barədə ümumi məlumat “UNCITRAL Model Qanunu”, arbitrajda həll edilə bilən, həll
edilə bilinməyən mübahisələr və müvafiq olaraq digər məsələlər ətrafında geniş
müzakirələr aparılıb.
17 iyun tarixində isə “İstehlakçı hüquqları” mövzusunda növbəti distant təlimdə
Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.
Təlimdə istehlakçı anlayışı, istehlakçıların hüquqları, “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Qanun” barədə ümumi məlumat, istehlakçıların vəzifələri,
malın və qüsurlu malın dəyişdirilməsi, qaytarılması, istehlakçıların
hüquqlarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti, istehlakçı hüquq
münasibətlərində aidiyyət məsələsi, xarici ölkələrin təcrübəsində
istehlakçıların hüquqlarının tənzimlənməsi və müvafiq olaraq digər məsələlər ətrafında
geniş müzakirələr aparılıb.
Təlimlərin sonunda təlimçilər tərəfindən dinləyicilərin sulları üzrə müxtəlif
məsələlər qeyd edilib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 63 vəkil iştirak edib.