"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zaqatala rayonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin
abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin
ehtiramla yad olunub.
Sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi
maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və
onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir.
Zaqatala rayon Vəkil Bürosunun peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri
üzrə vətəndaşlara məsləhətlər verilib, onların müraciətləri dinlənilib və
aidiyyəti üzrə yönləndirilib.
Aksiya zamanı iştirak edən vətəndaşların müraciətləri Milli Məclisin deputatı
Asif Əsgərov tərəfindən dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub,
digərləri ilə bağlı müvafiq addımlar atılıb.
Eyni zamanda Mərkəzdə fəaliyyət göstərən digər mədəni və maarifləndirici istiqamətli bölmələrlə də tanış olunub.