100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Zaqatalada vətəndaşlara pulsuz hüquqi yardım aksiyası təşkil edilib

29 June 2025    147 share share

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zaqatala rayonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir.

Zaqatala rayon Vəkil Bürosunun peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə vətəndaşlara məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Aksiya zamanı iştirak edən vətəndaşların müraciətləri Milli Məclisin deputatı Asif Əsgərov tərəfindən dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub, digərləri ilə bağlı müvafiq addımlar atılıb.

Eyni zamanda Mərkəzdə fəaliyyət göstərən digər mədəni və maarifləndirici istiqamətli bölmələrlə də tanış olunub.