Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə
vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib.
20 iyun tarixində “Arbitraja münasibətdə milli məhkəmələrin nəzarət
və yardım funksiyaları” mövzusunda distant qaydada təşkil edilmiş təlimdə
Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvləri Fuad
Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində çıxış edib.
Təlimdə yerli məhkəmələrin arbitrajla bağlı funksiyalarının zaman
konteksində mərhələləri, yardım (dəstəkverici) və nəzarət funksiyaları,
məhkəmənin müvəqqəti təminat tədbirləri, arbitra etiraz, arbitrın
hərəkətsizliyi və ya fəaliyyətinin mümkünsüzlüyü, Bakı Kommersiya və
Apellyasiya məhkəmələrinin arbitraja münasibətdə səlahiyyətləri və müvafiq
olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
23 iyun tarixində “Arbitraj qərarlarının ləğv edilməsi proseduru”,
“Xarici arbitraj qərarlarının tanınması və icrası” mövzularında distant qaydada
təşkil edilmiş təlimdə Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ
Komitəsinin üzvləri Fuad Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində çıxış
edib.
Təlimdə milli məhkəmələrin arbitrajla əlaqəli rolu, ləğv və tanınma,
arbitraj qərarının ləğv edilməsi, məhkəmənin öz təşşəbüsü ilə nəzərə almalı
olduğu əsaslar, arbitraj qərarının publik qaydaya zidd olması, arbitraj
qərarının ləğvi ilə bağlı prosessual məsələlər, Nyu-York Konvensiyası (1958),
milli arbitraj qanunvericiliyinə əsasən arbitraj qərarının mövcudluğu,
tanınmadan imtina üçün əsasların sübut edilməsi öhdəliyi və müvafiq olaraq
digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
24 iyun tarixində isə “Rəqabət hüququ” mövzusunda növbəti distant
təlimdə Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü
Allahverən Oruclu təlimçi qismində çıxış edib.
Təlimdə Rəqabət Məcəlləsinin əsas hissələri, rəqabət anlayışı,
rəqabətin məhdudlaşdırılması, rəqabəti məhdudlaşdıran üfüqi, kartel və şaquli
sazişlər, rəqabəti məhdudlaşdıran uyğunlaşdırılmış hərəkətlər və müvafiq olaraq
digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Növbəti - 25 iyun tarixində “Süni zəka ilə bağlı hüquqi məsələlər”
mövzusunda distant təlimdə Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes
Hüququ Komitəsinin üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.
Təlimdə süni intellektin anlayışı, süni intellektdən istifadə, süni
intellektlə yaradılan informasiyalar, müqavilələrin hazırlanmasında süni
intellektdən istifadə edilməsi, Çin və Estoniya məhkəmələrində süni
intellektdən istifadə halları, süni intellektlə yaradıcılıq və müvafiq olaraq
digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
30 iyun tarixində isə “Hüquqi yazı” mövzusunda növbəti distant
təlimdə Vəkillər Kollegiyasının üzvü Zaur Nağıyev təlimçi qismində çıxış edib.
Təlimdə hüquqi yazı prosesi və strukturu, “İRAC və CREAC”,
hüquqşünasın bacarıqları, obyektiv və inandırıcı hüquqi yazı, hüquqi rəyin
hazırlanması, yazı üçün əsas qaydalar, hüquqi rəyin strukturu və müvafiq olaraq
digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Təlimlərin sonunda təlimçilər tərəfindən dinləyicilərin sulları üzrə
müxtəlif məsələlər qeyd edilib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 93 vəkil iştirak edib.