İyulun 19-da Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İcra icraatında tələbin əmlaka
yönəldilməsində rast gəlinən bəzi problemlər" mövzusunda distant formada təlim
keçirilib.
Təlimdə açılış
nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığını, praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas
hissəsində Vəkillər Kollegiyası Vəkillərin İcra hüququ komitəsinin üzvü,
“Universal” Vəkil Bürosunun vəkili Rüstəm Rəhimov icra icraatında tələbin əmlaka
yönəldilməsi, əmlakın müəyyənləşdirilməsi və qiymətləndirilməsi, tələb olunan əmlakın
hüquqi statusu, o cümlədən əmlakın müəyyən edilməsində çətinliklər, əmlaka yönəldilən
tələblərin qanunvericilik əsasları və digər əlaqəli məsələlər barədə geniş
çıxış edib.
Sonda vəkillərin
müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 65 vəkil iştirak edib.