yulun 19-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İcra icraatında tələbin əmlaka yönəldilməsində rast gəlinən bəzi problemlər" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını, praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Vəkillərin İcra hüququ komitəsinin üzvü, “Universal” Vəkil Bürosunun vəkili Rüstəm Rəhimov icra icraatında tələbin əmlaka yönəldilməsi, əmlakın müəyyənləşdirilməsi və qiymətləndirilməsi, tələb olunan əmlakın hüquqi statusu, o cümlədən əmlakın müəyyən edilməsində çətinliklər, əmlaka yönəldilən tələblərin qanunvericilik əsasları və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 65 vəkil iştirak edib.