İyulun 20-də Vəkillər
Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və
texnologiyaların hüquqa təsiri” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış
nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas
hissəsində Vəkillər Kollegiyasının və Elektron Vəkil Komitəsinin üzvü, İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyinin hüquqşünası Nurlan Səfərov insan hüquqları və
süni intellekt amili, süni intellektin etik prinsipləri, süni intellektin insan
əməyini əvəz etməsinin hüquqi nəticələri, hüquqi məsuliyyətin
avtomatlaşdırılması, robotlaşdırma və digər əlaqəli məsələlər barədə çıxış
edib.
Təlim
interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 61 vəkil iştirak edib.