100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Süni intellekt və texnologiyaların hüquqa təsiri” mövzusunda təlim keçirilib

21 July 2025    324 share share

İyulun 20-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və texnologiyaların hüquqa təsiri” mövzusunda distant formada təlim keçirilib.

 

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.

 

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və Elektron Vəkil Komitəsinin üzvü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin hüquqşünası Nurlan Səfərov insan hüquqları və süni intellekt amili, süni intellektin etik prinsipləri, süni intellektin insan əməyini əvəz etməsinin hüquqi nəticələri, hüquqi məsuliyyətin avtomatlaşdırılması, robotlaşdırma və digər əlaqəli məsələlər barədə çıxış edib.

 

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

 

Qeyd edək ki, təlimdə 61 vəkil iştirak edib.