Sentyabrın 24-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Alqı-satqı müqavilələri sahəsində məhkəmə təcrübəsi" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Rubayıl Səfərov
alqı-satqı müqavilə münasibətləri, mülki hüquqi öhdəliklər, müqavilə mübahisələrinin
həlli, etibarsız müqavilə halları, mövcud sahədə məhkəmə qərarlarının təhlili və
digər mühüm məsələləri ətraflı izah edib.
Təlim interaktiv formada
davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları
cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 88 üzvü iştirak edib.

