“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurasının, ədliyyə və xarici işlər nazirliklərinin, Vəkillər Kollegiyasının və Mediasiya Şurasının nümayəndələrindən ibarət heyət Portuqaliyada səfərdə olublar.
Tədbirdə Vəkillər
Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri
İlhamə Həsənova iştirak edib.
Səfər
zamanı Portuqaliyanın Ədliyyə Nazirliyində görüşlər keçirilib, habelə
İstehlakçı Mübahisələri üzrə Lissabon Arbitraj Mərkəzinin və Lissabon Sülh Məhkəməsinin
fəaliyyəti ilə əyani tanış olunub.
Görüşlərdə
nümayəndə heyətinə sülh məhkəmələri və arbitraj mərkəzlərinin fəaliyyəti,
mübahisələrin alternativ həlli sahəsində aparılan islahatlar barədə məlumatlar
verilib.
Həmçinin
sülh hakimlərinin və mediatorların seçilməsi proseduru, sülh hakimlərinin fəaliyyət
qaydası, bu sahələrdə tətbiq edilən innovasiyalar barədə təqdimatlar nümayiş
etdirilib və heyət üzvlərinin sualları cavablandırılıb.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən mübahisələrin alternativ həlli ilə bağlı görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.




