Noyabrın 8-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Hazırki mediasiya praktikasında vəkillərin üzləşdiyi problemlərin öyrənilməsi və həll yolları” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayaraq 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib və təlim
mövzusunun vəkillərin fəaliyyətindəki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində
Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının direktoru, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı
mediasiya prosesində vəkillərin müdafiə funksiyası, vəkillərin mediasiya
prosesində effektiv kommunikasiya strategiyaları, vəkillərin mediasiya üzrə peşəkar
bacarıqlarının artırılması yolları, mediasiya mexanizminin ənənəvi iştirakçı
dairəsi, ənənəvi iştirakçı dairəsinin hüquqları, vəzifələri və digər əlaqəli məsələlər
barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada
davam edib və sonda vəkilləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 42 vəkil iştirak edib.



