100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Hazırki mediasiya praktikasında vəkillərin üzləşdiyi problemlərin öyrənilməsi və həll yolları” mövzusunda təlim təşkil edilib

13 November 2025    757 share share

Noyabrın 8-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Hazırki mediasiya praktikasında vəkillərin üzləşdiyi problemlərin öyrənilməsi və həll yolları” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayaraq 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib və təlim mövzusunun vəkillərin fəaliyyətindəki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.

Təlimin əsas hissəsində Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatının direktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Şahin Məmmədrzalı mediasiya prosesində vəkillərin müdafiə funksiyası, vəkillərin mediasiya prosesində effektiv kommunikasiya strategiyaları, vəkillərin mediasiya üzrə peşəkar bacarıqlarının artırılması yolları, mediasiya mexanizminin ənənəvi iştirakçı dairəsi, ənənəvi iştirakçı dairəsinin hüquqları, vəzifələri və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkilləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 42 vəkil iştirak edib.