Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

SAL proqramı yeni semestr üçün qeydiyyatı açıq elan edir

26 noyabr 2025    3356 share share

Məlum olduğu kimi, 30.03.2023-cü il tarixində Amerika Hüquq Məktəbi (SAL proqramı) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) arasında anlaşma memorandumu imzalanıb. Əldə olunmuş razılığa və müstəsna güzəştlərə uyğun olaraq, qəbul zamanı VK üzvlərinə üstünlük verilir, habelə Koellegiya üzvləri SAL proqramı təhsili üçün əlavə 10% endirim tətbiq edilir.

 Mərhələ 1  – SAL

̶       Fevral 2026 – Dekabr 2026

̶      10 LL.M krediti

̶       Hibrid rejim – 10 müxtəlif kurs, yalnız 10 həftəsonu ərzində, Amerika professorları tərəfindən onlayn və Tbilisidə SAL mərkəzində yerində tədris

̶          TOEFL və ya IELTS tələb olunmur

SAL ödəniş:

̶          SAL proqramının təhsil haqqı: 6 850 ABŞ dolları

̶          Ödəniş üç mərhələdə edilə bilər

̶          VK 20 yanvar 2026-cı il tarixinədək müraciət edən üzvləri üçün 10% endirim (6165 ABŞ dolları təşkil edəcəkdir

̶              15 dekabr 2025-ci ilədək müraciət edən VK üzvləri endirim əldə edərək təhsil haqqını 5900 ABŞ dolları təşkil edəcəkdir.

Müraciət Qəbulu Prosesi

Zəhmət olmasa aşağıdakı sənədləri elektron formada təqdim edin:

-         İngilis dilində yenilənmiş CV

-         Hüquq diplomunun (diplomlarının) surəti

-         Xarici pasport və ya şəxsiyyət vəsiqəsinin surəti

-         CV-də tövsiyə verə biləcək şəxsin adı, soyadı, vəzifəsi, telefon nömrəsi və email ünvanını qeyd edin

Sənədlər ingilis dilində təqdim olunmalıdır. Əgər diplomunuz yalnız yerli dildədirsə (ingilis dili istisna olmaqla), onun ingilis dilinə tərcüməsini əlavə edin (notarial təsdiq vacib deyil).

Sənədlərinizi elektron şəkildə göndərin:
 
admissions@salchicagokent.com və admission@chicagokentlaw.ge

Əlavə olaraq, VK elektron poçt ünvanına (office@barassociation.az) məktub ünvanlayaraq müraciət barədə məlumat verməyiniz xahiş olunur. VK müraciət edənlər tərəfindən məktubu aldıqdan sonra rəsmi qaydada SAL proqramının təsisçilərinə müvafiq məlumatı yönləndirəcək və müraciət edən vəkillər üçün təhsil haqqına güzəştlər tətbiq olunacaq.

 

 Mərhələ 2 - Chicago-Kent College of Law, Illinois Tech-də LL.M.

  • Keçid: SAL-dan məzun olduqdan sonra tələbələr ABŞ-ın Çikaqo, İllinoys ştatında yerləşən LL.M. proqramına rahatlıqla keçid edirlər. Chicago-Kent, Illinois Tech-də LL.M. proqramının davam etdirilməsi tam zəmanətlidir.
  • Müddət: LL.M. dərəcəsi 5 ay (bir semestr) və ya 9 ay (iki semestr) ərzində qazanıla bilər.
  • Təqaüdlər:
    • Bütün SAL məzunları avtomatik olaraq 75% təhsil haqqı təqaüdü qazanır.
    • SAL-ı 4.0 yekun ÜOMG (GPA) ilə bitirən məzun 100% təhsil haqqı təqaüdü ilə təltif olunur.
  • Dəstək: SAL məzunlarına viza müraciəti prosesində, tələb olunan sənədlərin toplanmasında və LL.M. ərizə prosedurlarında hərtərəfli dəstək göstərilir. Bundan əlavə, SAL məzunları uyğun yaşayış yeri tapmaq üçün rəhbərlik və resurslardan faydalanırlar.
  • Dil Tələbi: SAL məzunlarına LL.M.-i davam etdirmək üçün TOEFL imtahanından azad olunma təmin edilir.

 

Chicago-Kent Təhsil Haqqı

  • SAL məzunları üçün Chicago-Kent-də bir semestr üçün LL.M. təhsil haqqı, adi 43,860 ABŞ dolları əvəzinə 10,000 ABŞ dollarıdır.
  • LL.M. təhsil haqqı Çikaqoya gəldikdən sonra bir neçə hissədə ödənilə bilər.
  • Əgər SAL məzunları iki semestrlik LL.M. təhsilini seçərlərsə, ikinci semestrin təhsil haqqı 7,250 ABŞ dollarıdır.