"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.
2025-ci il 27-28 noyabr
tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Yevlax, Biləsuvar və Qaradağ
rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.
Belə ki, Yevlax şəhəri,
Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatları – deputatlar - Əli Hüseynli
ilə İlham Məmmədov, Biləsuvar rayonu, Cəbrayil qəsəbəsi, Yeni Azərbaycan
Partiyasının rayon təşkilatının inzibati binasında deputat Ceyhun Məmmədov və Qaradağ
rayonu, Heydər Əliyev Mərkəzində (Lökbatan qəsəbəsi) deputat Aydın Hüseynovun təşəbbüsü
və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin
edilib.
Aksiyalarda Yevlax, Biləsuvar
rayon və Bakı şəhəri 10 saylı Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə
150-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.
















