100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər deputatların təşəbbüsü ilə daha 150-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstəriblər

29 November 2025    677 share share

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə regionlarda növbəti sosial-hüquqi aksiyalar keçirilib.

2025-ci il 27-28 noyabr tarixlərində təşkil olunan aksiyalar çərçivəsində Yevlax, Biləsuvar və Qaradağ rayonlarında vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təşkil olunub.

Belə ki, Yevlax şəhəri, Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatları – deputatlar - Əli Hüseynli ilə İlham Məmmədov, Biləsuvar rayonu, Cəbrayil qəsəbəsi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında deputat Ceyhun Məmmədov və Qaradağ rayonu, Heydər Əliyev Mərkəzində (Lökbatan qəsəbəsi) deputat Aydın Hüseynovun təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiyalarda Yevlax, Biləsuvar rayon və Bakı şəhəri 10 saylı Vəkil bürolarının vəkilləri tərəfindən ümumilikdə 150-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə pulsuz hüquqi yardım göstərilib.

Vətəndaşlara inzibati işlər, mülkiyyət hüquqlarının müdafiəsi, torpaq mübahisələri, aliment tələbləri, əlilliyin təyin olunması və digər sosial xarakterli məsələlər üzrə hüquqi məsləhətlər verilib, müraciətlər fərdi qaydada araşdırılaraq aidiyyəti qurumlara yönləndirilib.