Noyabrın 29-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vergi yoxlamaları nəticəsində yaranan mübahisələr, onların məhkəmə müstəvisində həlli” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli
iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri
qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, "Universal" Vəkil Bürosunun müdiri, Odlar Yurdu
Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rahim Əlizadə vergi
ödənişlərində uyğunsuzluqlarla bağlı məhkəmə mübahisələrinin hüquqi əsaslandırılması,
vergi yoxlaması nəticələrinə dair vergi ödəyicisinin müdafiə strategiyasının
hazırlanması, vergi mübahisələrinin alternativ həll üsulları, vergi öhdəliklərinə
dair dövlət nəzarəti mexanizmlərinin hüquqi tənzimlənməsi və digər məsələlər
barədə ətraflı çıxış edib.
Eyni zamanda təlimçi mövzu
üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini
bölüşüb və sonda mövzu üzrə vəkilləri maraqlandıran müxtəlif sualları
cavablandırıb.
Qeyd edək ki, təlimdə 81 vəkil iştirak edib.

