100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Vergi yoxlamaları nəticəsində yaranan mübahisələr, onların məhkəmə müstəvisində həlli” mövzusunda təlim təşkil edilib

01 December 2025    540 share share

Noyabrın 29-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vergi yoxlamaları nəticəsində yaranan mübahisələr, onların məhkəmə müstəvisində həlli” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələləri qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Universal" Vəkil Bürosunun müdiri, Odlar Yurdu Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rahim Əlizadə vergi ödənişlərində uyğunsuzluqlarla bağlı məhkəmə mübahisələrinin hüquqi əsaslandırılması, vergi yoxlaması nəticələrinə dair vergi ödəyicisinin müdafiə strategiyasının hazırlanması, vergi mübahisələrinin alternativ həll üsulları, vergi öhdəliklərinə dair dövlət nəzarəti mexanizmlərinin hüquqi tənzimlənməsi və digər məsələlər barədə ətraflı çıxış edib.

Eyni zamanda təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və sonda mövzu üzrə vəkilləri maraqlandıran müxtəlif sualları cavablandırıb.

Qeyd edək ki, təlimdə 81 vəkil iştirak edib.