2025-ci il 26-28 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclası və CCBE-nin “Mübadilə, əməkdaşlıq və dəstək platforması" (PECO) Komitəsinin tədbiri keçirilib.
Sözügedən iclas və tədbirdə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Rəyasət Heyətinin üzvü
Elçin Usub təmsil edib.
Noyabrın 26-da baş tutan
iclasda CCBE rəhbərliyi tərəfindən görüşün əhəmiyyəti vurğulanıb, gündəlik elan
edilərək təqdimatlar və hesabatlar dinlənilib. Hüquq və vəkillik peşəsində
yeniliklər, qarşıda duran hədəflər geniş müzakirə olunub. Həmçinin iclas zamanı
bir sıra müraciətlər səsləndirilib, aktuallığı ilə seçilən məsələlər üzrə fikir
mübadiləsi aparılıb.
Tədbir çərçivəsində
CCBE-nin gələcək strateji istiqamətləri, vəkillərin icra prosesləri zamanı əmək
haqlarının ödənilməsi mexanizmləri, icra xərclərinin müəyyən edilməsi və əsaslandırılması
ilə bağlı hazırlanmış sənəd layihələri və digər cari məsələlər müzakirəyə
çıxarılıb. Müzakirələrdən sonra təşkilati və prosedur xarakterli müvafiq qərarlar
qəbul edilib.
Eyni zamanda, noyabrın
28-də Elçin Usub Paris Vəkillər Kollegiyasının dəvəti ilə “Hüquq İli”nin açılış
mərasiminə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Tədbirdə müxtəlif
ölkələrin aparıcı hüquq təşkilatlarının nümayəndələri iştirak edərək hüquq
sistemində aktual çağırışlar, beynəlxalq əməkdaşlıq imkanları və vəkillik peşəsinin
inkişaf perspektivləri barədə müzakirələr aparıblar.
Bundan əlavə, görüşlər çərçivəsində
Elçin Usub bir sıra beynəlxalq təşkilatların nümayəndələri və Avropanın müxtəlif
ölkələrinin Vəkillər kollegiyaları ilə ikitərəfli müzakirələr aparıb. Bu görüşlərdə
təcrübə mübadiləsi, peşə fəaliyyəti üzrə qarşılıqlı məlumat mübadiləsi, gələcək
əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların yaradılması perspektivləri barədə
fikir mübadiləsi edilib.
Daha sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.
.jpg)