Dekabrın 5-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının hüquqi tənzimlənməsi” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb. Qeyd olunub ki, dövlət satınalmalarının hüquqi tənzimlənməsi müasir
idarəetmənin və dövlət maliyyə nəzarətinin ən vacib sahələrindən biridir.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının və Biznes Hüququ Komitəsinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil
Bürosunun vəkili Roman Qaraşov dövlət satınalmalarında prinsiplər, dövlət
sifarişlərinin hüquqi tənzimlənməsi sahəsi üzrə mövcud qanunvericilik bazası,
hüquqi və etik məsələlər, məhkəmə praktikası və digər əlaqəli məsələlər barədə
geniş çıxış edib.
Sonda təlim mövzusu üzrə vəkilləri
maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 49 vəkil iştirak edib.

