Dekabrın 14-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarına giriş: satın alan təşkilatlar, təchizatçılar və təchizatçılara dair tənzimlənmələr” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlər barədə danışıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, “Unico” QSC-nin korporativ baş hüquqşünası Ozal Xəlilov
dövlət satınalmaları üzrə qanunvericilik və tənzimləmələr, dövlət təşkilatlarında
satınalma müqavilələrinin imzalanması, təchizatçıların dövlət satınalmalarına
müraciət formaları, o cümlədən dövlət satınalmalarına dair beynəlxalq təcrübə,
dövlət satınalma proseslərində məhkəmə mübahisələri və digər praktiki məsələlər
barədə ətraflı çıxış edib.
Sonda vəkilləri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb, müxtəlif məsələlər birgə
müzakirə olunub.
Qeyd edək ki, təlimdə 51 vəkil iştirak edib.


