Dekabrın 14-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarına giriş: satın alan təşkilatlar, təchizatçılar və təchizatçılara dair tənzimlənmələr” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlər barədə danışıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Unico” QSC-nin korporativ baş hüquqşünası Ozal Xəlilov dövlət satınalmaları üzrə qanunvericilik və tənzimləmələr, dövlət təşkilatlarında satınalma müqavilələrinin imzalanması, təchizatçıların dövlət satınalmalarına müraciət formaları, o cümlədən dövlət satınalmalarına dair beynəlxalq təcrübə, dövlət satınalma proseslərində məhkəmə mübahisələri və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, müxtəlif məsələlər birgə müzakirə olunub.
Qeyd edək ki, təlimdə 51 vəkil iştirak edib.


