Bu gün Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının – CCBE-nin sədr müavini Ranko Poliçariç Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət etmişdir. Qonaq Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavinləri Aydın Axundov və Pərviz Ələkbərov tərəfindən qarşılanmışdır.
Qonağa Azərbaycan vəkillərinin etik davranış qaydaları haqqında əsasnamənin hazırlanması zamanı CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinin əsasnaməyə inkorporasiya edilməsi barədə məlumat verilmiş, gələcəkdə ölkəmizin CCBE-yə üzvlük perspektivləri müzakirə olunmuş, digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda qonağa son dövrlər Kollegiya tərəfindən vəkillik sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilmişdir.
Sonda qonaqla xatirə fotosu çəkilmişdir.