10 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi əsasları: mövcud təcrübə” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə
Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə institutunun hüquqi mahiyyəti,
iflas prosedurunun normativ-hüquqi əsasları, iflasın məhkəmə qaydasında
tanınması mexanizmi, mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə geniş çıxış
edib.
Təlimçi tərəfindən
praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran
çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 75 vəkil iştirak edib.

