10 yanvar 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi əsasları: mövcud təcrübə” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə institutunun hüquqi mahiyyəti, iflas prosedurunun normativ-hüquqi əsasları, iflasın məhkəmə qaydasında tanınması mexanizmi, mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə geniş çıxış edib.
Təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 75 vəkil iştirak edib.

